MARAQLI

Pike yeni sevgilisi ilə toya hazırlaşır

Sharing is caring!

“Barselona”nın ulduz futbolçusu Jerar Pike 23 yaşlı sevgilisi Klara Çia Marti ilə evlənməyə hazırlaşır.

Məlumata görə, Pike 9 aya yaxındır birlikdə olduğu sevgilisinə toy mərasimini onun istəyinə uyğun təşkil edəcəyinə söz verib.

“Klara Çia Marti  təmtəraqlı toy arzulamır, doğmalarının əhatəsində kiçik bir mərasimə üstünlük verir”, – deyə xəbərdə bildirilib.

Ancaq cütlük bununla bağlı heç bir açıqlama verilməyib.

Xatırladaq ki, Pike ilə boşandıqdan bir müddət sonra Şakira məşhur argentinalı DJ və prodüser Bizarrapın studiyasında keçmiş əri və onun yeni sevgilisi haqqında şok sətirlərlə dolu mahnı ifa etmişdi. Klara Çia ilə evlilik xəbərindən sonra sosial şəbəkələrdə bir çoxları müğənninin cütlüyə “toy hədiyyəsi” kimi yeni mahnı həsr edəcəyini düşündüklərini bildiriblər.

Mənbə: “Marca”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir