Cəmiyyət

Məhkəmə dələduzluqda ittiham olunan şəxsə bəraət verdi

Sharing is caring!


Nizami Rayon Məhkəməsində dələduzluq etməkdə təqsirləndirilən Elçin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumata görə, hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, E.Rzayevin Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən təqsirsiz bilinib və ona bəraət verilib.

Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilib.

Qeyd edək ki, ittihama görə, E.Rzayev Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən ticarət mərkəzində müqavilə əsasında icarəyə götürdüyü mağazanın guya ona məxsus olmasını bildirib və ayrı-ayrı şəxslərin etibarından sui-istifadə etməklə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin mağazaları zərərçəkmiş şəxslərə satmaqla adlarına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq onlara xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir