Dünya

“Mançester Yunayted” “Vest Hem”ə rəhm etmədi – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində “Mançester Yunayted” və “Vest Hem Yunayted” komandaları qarşılaşıblar.

Oxu.az xəbər verir ki, komandalar Mançesterdəki “Old Trafford”da üz-üzə gəliblər. Görüşün baş hakimi Endryu Medli olub. “Mançester Yunayted” rəqibinə şans buraxmayıb – 3:0.

Mankunianlar 23-cü dəqiqədə hesabda önə keçiblər. Qolu Kazemironun ötürməsində Rasmus Hoylund vurub. İkinci hissədə “qırmızı şeytanlar”ın cinah oyunçusu Aleksandro Qarnaço daha iki qol vurub.

İngiltərə çempionatının 23 turundan sonra “Mançester Yunayted” 38 xal toplayaraq altıncı yerdədir. “Vest Hem” Premyer Liqada eyni sayda oyundan sonra 36 xal toplayıb və yeddinci yerdədir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir