Siyasət

Bakıda “Gömrük-Biznes Forumu 2023” keçirilir

Sharing is caring!


Bakıda ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “Gömrük-Biznes Forumu 2023” keçirilir.

Oxu.Az xəbər verir ki, tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov iştirak edirlər.

Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələrinin,  aparıcı media qurumlarının rəhbərləri və digər rəsmi şəxslərin iştirak etdiyi forum ulu öndər Heydər Əliyevin Dövlət Gömrük Komitəsinin 1997-ci il 30 yanvar tarixində keçirilmiş yubiley tədbirində söylədiyi proqram xarakterli nitqindən hazırlanmış videoçarxın nümayişi ilə başlayıb.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir