MARAQLI

Mask ABŞ-də özünə şəhər tikəcək – FOTO

Sharing is caring!

Amerikalı milyarder “Tesla” və “SpaceX”in baş direktoru İlon Mask Texas ştatının Ostin şəhəri yaxınlığında yeni alınan torpaqda öz şəhərini qurmağı planlaşdırır.

Qeyd olunur ki, sahibkar, həmçinin şirkətlərin əməkdaşları ideyanı Kolorado çayı boyunca Texas utopiyası kimi qiymətləndiriblər.

Mənbələr bildiriblər ki, işçilərin işləyib yaşaya biləcəyi şəhər Texasda tikilməkdə olan “SpaceX” və “Boring” şirkətinin müəssisələrinin yaxınlığındadır.

Sahibkarın aldığı torpaq sahəsində artıq bir qrup modul tipli ev, üzgüçülük hovuzu, həmçinin açıq idman meydançası və idman zalı tikilib.

Milyarderin əsas köməkçilərindən biri, “Boring” şirkətinin prezidenti Stiv Devis tamhüquqlu böyük şəhərin tikintisini əhatə edən daha böyük planların olduğunu bildirib.

Mənbə: The Wall Street Journal

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir