Dünya

Milyonlarla dollarlıq malikanələr yanıb – FOTO/VİDEO

Sharing is caring!

Sürətlə yayılan meşə yanğını səbəbindən Kaliforniyanın Orinc dairəsində dəyəri milyonlarla dollarla qiymətləndirilən ən azı 20 ev yanıb.

Bu barədə yerli yanğınsöndürmə idarəsinin məlumatında bildirilib.

Yanğın “Laquna” çimərliyi yaxınlığında milyonlarla dollar dəyərində malikanələri əhatə edib.

Qeyd edək ki, yanğın mayın 11-də Laquna Nigel və Laquna Biç şəhərləri arasındakı su təmizləyici stansiya yaxınlığında başlayıb. Təbii fəlakət güclü küləklərə görə cəmi bir neçə saat ərzində demək olar ki, 809 min kvadratmetri əhatə edib.

Ərazi boşaldılıb. Orinc dairəsinin Şerif Departamenti risk altında təxminən 100 strukturun olduğunu bildirib. Hadisə yerində yanğınsöndürmə briqadaları işləyir. Hələlik itkilər barədə məlumat verilmir.

Mənbə: ABC7

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir