MARAQLI

Ayı min oyun çıxarsa da, “armudsuz” qaldı – VİDEO

Sharing is caring!

İnsanlara yaxınlaşıb onlara “şirinlik” edən qütb ayısı ilə bağlı görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Kadrlar Yenisey körfəzində (Rusiya) “Vayqaç” atom buzqıran gəmisindən çəkilib. Videoda ağ ayının ehtimal ki, insanlardan yemək üçün bir şey istəmək məqsədilə oyun hərəkətləri etdiyi görünür.

Necə deyərlər, “ayının min oyunu var, bir armudun başında”. 

Ancaq bu oyunlar ona kömək etməyib.

“Xarizmatik ayı əlindən gələni etməyə çalışdı, lakin yeməksiz qaldı. Çünki vəhşi heyvanları bəsləmək olmaz, onlar insanlara öyrəşməməlidirlər”, – deyə videonun müəllifi bildirib.

Mənbə: “Sliva” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir