Maqazin

Xoşqədəm özünə qarğış etdi: “Allah məni öldürsün“ – Video

Sharing is caring!

Anasından imtina edən qadını teleaparıcı Xoşqədəm Hidayətqızı studiyadan çıxarıb.

XəbərAl.az xəbər verir ki, “Səni axtarıram” proqramına gələn yaşlı qadına qızı günlərdir sahib çıxmır.

Ötən gün efirə gələn Laləzar son qərarını verərək anasından imtina edib, onun qocalar evinə göndərilməsini istəyib.

Onun qərarına hiddətlənən aparıcı qadını sərt şəkildə qınayıb və ondan studiyanı tərk etməyini istəyib:

“Mən bütün təklifləri etdim. Kirayə pulunu mən özüm verirəm, onun yemək xərclərini də verəcəm. Dedim ki, qızının yanında daha yaxşı yaşayar. İmtina edib gedirsiniz. Bu dəhşətli səhnədir, heç bir anaya bunu rəva bilmirəm. Allah məni öldürsün, canımı alsın, amma bu səhnəni mənə yaşatmasın. Ananın oğlunu axtarıram, onun 5 otaqlı evini satıb, çıxıb gedib Rusiyaya. Qızı açıq şəkildə imtina etdi, mən utandım. Gec ya tez bu gündən sənə də var. Öz bacısının yetim qalan balalarına sahib çıxmayan qadına, mən anana sahib çıx deyə bilmərəm. Durun gedin, studiyadan çıxın! Allah eşqinə çıxın gedin. Bir gün bu hadisələr sizin də başınıza gələcək”.

Həmin görüntüləri təqdim edirik:  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir