Cəmiyyət

Tovuzda qaz xəttində sızma: Avtomobil yandı, sürücü xəsarət aldı

Sharing is caring!

Tovuzda qaz sızması avtomobilin yanmasına səbəb olub.

APA-nın məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Rayonun Bozalqanlı kənd sakini Babək İsmayılov idarə etdiyi VAZ 2107 markalı minik avtomobilini nasazlıq səbəbi ilə yolun kənarında saxlayıb.

Ancaq Babək İsmayılov yenidən avtomobili işə salmaq istəyən zaman ərazidən keçən qaz xəttində sızma baş verdiyindən yanğın olub. Bu zaman avtomobil yanıb, sürücü yüngül yanıq xəsarətləri alıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir