Maqazin

Bu məşhur plastik əməliyyat üçün 160 min dollar xərclədi

Sharing is caring!

Türkiyənin məşhur iş adamı Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının plastik əməliyyatlara xərclədiyi pul hamını təəccübləndirib.

XəbərAl.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur model bir neçə il öncə burnunu estetik əməliyyat etdirsə də, bir müddət əvvəl yenidən əməliyyat masasına uzanıb.

O, eyni zamanda üz dərisi üçün də bir sıra prosedurlardan keçib.

Subaşı bu əməliyyatlar üçün bir çox dünya ulduzlarının üz tutduğu estetik cərrah Simon Oriananın yanına gedib.

Model əməliyyata nə az, nə çox düz 160 min dollar (272 min manat) xərcləyib. Onun bütün xərclərini misirli sevgilisi Mohammed Alsalussi ödəyib.

Bu məşhur plastik əməliyyat üçün 160 min dollar xərclədi
Bu məşhur plastik əməliyyat üçün 160 min dollar xərclədi
Bu məşhur plastik əməliyyat üçün 160 min dollar xərclədi
Bu məşhur plastik əməliyyat üçün 160 min dollar xərclədi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir