Manşetüstü

Növbədənkənar parlament seçkiləri bu tarixdə keçiriləcək – ANONS

Sharing is caring!

Azərbaycanda sonuncu parlament seçkiləri növbədənkənar seçki formasında 9 fevral 2020-ci ildə baş tutub. Ölkədə sonuncu parlament seçkiləri növbədənkənar qaydada 2020-ci ilin fevral ayında keçirildiyi üçün növbəti parlament seçkilərinin hansı ilin noyabr ayında keçirilməsi ictimai müzakirələrə səbəb olur.

Azərbaycanda növbəti parlament seçkilərinin nə vaxt keçiriləcəyi hələlik məlum deyil. Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Amma nəzərə alaq ki, noyabrın 11-dən 24-dək Bakıda çox mötəbər tədbir – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçiriləcək. Bu tədbirə dünyanın 5 qitəsindən 80 mindən artıq qonağın gələcəyi gözlənilir.


Nəzərə alaq ki, gələn qonaqlar arasında çox sayda hökumət və dövlət başçıları da olacaq və bu da tədbirin əhəmiyyətini xeyli artırır. Ona görə də 2024-cü ilin noyabr ayının birinci həftəsində parlament seçkilərinin keçirilməsi təşkilati cəhətdən məqbul hesab edilmir.

Məsələ ilə bağlı danışan Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri,  “Konstitusiya” Araşdırmalar fondunun rəhbəri Əliməmməd Nuriyev Referans.az-a deyib ki, parlament seçkilərinin noyabrdan əvvəl keçiriləcəyi gözlənilir:

“Bilirsiniz ki, ötən ay növbədənkənar prezident seçkiləri keçirildi və biz əminik ki, bu hakimiyyət qollarının formalaşdırılması prosesi tam olaraq ölkənin bütün ərazilərində həyata keçirilməklə davam edəcəkdir. Eyni zamanda növbədənkənar prezident seçkiləri oldusa, çox gümanki yaxın aylarda parlament seçkiləri də ola bilər. Bu onu göstərir ki, növbədənkənar prezident seçkiləri olubsa, həmin seçkilər parlamentin 5-ci ilində daha tez keçirilə bilər, amma bu şərtlə ki, o tez keçirilərkən noyabr ayının 1-ci həftəsində olmalıdır”.

Qurum rəsmisi qeyd edir ki, seçkilər daha tez də keçirilə bilər, fevral ayında müddət başa çatdığı zaman da keçirilə bilər.

Onun sözlərinə görə, artıq Qarabağ erməni işğalından azad olundu, prezident də bildirmişdi ki, seçkilər Azərbaycanın bütün ərazilərində keçirilməlidir və cənab İlham Əliyev buna ilk olaraq prezident seçkiləri ilə başladı. Buna görə də, şübhə yoxdur ki, parlament seçkiləri də yaxın aylarda keçirilsin.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir