Dünya

Hindistanda hərbi təyyarə yaşayış evinin üzərinə düşdü: Ölənlər var – FOTO/VİDEO

Sharing is caring!


Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-21” təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Bu barədə NDTV kanalı məlumat verib.

Hərbi təyyarə Racastan ştatının Suratqarh şəhəri yaxınlığında yerləşən kənddə yaşayış evinin üzərinə düşüb.

İlkin məlumatlara görə, hadisə nəticəsində üç nəfər ölüb.

“MiQ-21”in pilotu katapulta etməyə nail olub. O, yüngül xəsarət alıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır”, – deyə telekanal qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir