Siyasət

Ərdoğan: “Martın 31-də keçiriləcək bələdiyyə seçkisi mənim üçün yekun olacaq”

Sharing is caring!


“Mövcud qanunvericilik nəzərə alınmaqla, martın 31-də keçiriləcək bələdiyyə seçkisi mənim üçün yekun olacaq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Mənim üçün bu finaldır. Bu seçki mənim qanunla verilən səlahiyyətlər çərçivəsində sonuncu seçkimdir. Nəticədə işlər məndən sonra gələcək qardaşlarıma keçəcək”- deyə o bildirib.

Qeyd edək ki, 2023-cü ildə Ərdoğan prezident seçkisinin ikinci turunda qalib gəlib. O, 52,18 faiz, rəqibi Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb. Seçici aktivliyi 85,71 faiz təşkil edib. Nəticədə Ərdoğan ölkəni beş il idarə etmək hüququ əldə edib.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir