manset Manşetüstü

Allah öz əsərini eşqlə yaratdı.

Sharing is caring!

Allah əzəli olaraq var idi. Və birgün qərara gəlirki, öz varlığını təcəssüm etdirən dünya-i aləm yaratsın. Yaratdıda…
Şübhəsiz Allah hər şeyə qadirdir. Onun “OL” deməsi ilə anında yoxdan “VAR” olur. Anında YOXdan VAR etmə güc və qüdrətinin olmasına baxmayaraq Dünyanı 6 günə yaratdı. Niyə?
Eşq ilə Yaratdı. Yaratmaq xatirinə deyil, Sevgi ilə Yaratdı. Təbiətin bir-birini izləyən gözəllik nizamı, “elm inkişaf edib” dediyimiz əsrdə olmağımıza baxmayaraq milyon elm əhli dediyimiz insanların ağlının dərki xaricində ahəng düzəni, BİZ İNSANI ƏN GÖZƏL SÜRƏTDƏ YARATDIQ dediyi kimi zərrə əksik, zərrə nöqsan olmadan Yaratdığı İnsan. Baxdıqca baxırsan. Ağlın gücü çatmayacaq , qəlbin taqəti xaricində Eşq var dünya-i aləmin yaradılışında.
Bəs İnsan?
İnsan bu eşqdən yararlana bilir? Eşqlə Yaradıldığının fərqinə vara bilir?
Etiraf etməyə çətinlik çəksəkdə danılmaz fakt budurki, İnsan Yaradanın eşqindən, yaradılma eşqindən yararlana bilmir.
Allah heç bir dinində tərki dünya olmağı əmr etməz. Əksinə dünyanı sevməyi tövsiyyə edər. Dünyanı sev deyir, aludə olma deyir. Çünki Sevgi və Aludə olmaq tamam ayrı-ayrı məfhumdur.
Düşün sən!
Yaşadığın həyatı sevərək yaşayırsan. İnsanları sevirsən. Kin bəsləmirsən. Bugün olub , sabah əlində olmayan dünya malı üçün qəlbini yükləmirsən, zamanıvı israf etmirsən.
Yaşadığın həyatı sevərək yaşayırsan.
Rəqabətidə düşmənçiliklə aparmırsan, saf, səmimi xeyr işlərdə bir-biri ilə yarışırsan.
Sevgi olmayan ibadətlər belə Allah dərgahına yaxınlaşa bilməz.
Bir nəfər bölgədə yaşayan imam əfəndinin yanına gələr və soruşar.
Ey İmam əfəndi, mən bir xüsusda çox çətinlik çəkirəm. Namaz qılarkən, zikr edərkən dəvələrim yadımdan çıxmır.
İmam əfəndi heç təbəssümünü pozmadan:
-İnsanoğlu, sən dəvələri axıra deyil, ağılıva bağlamısan deyə cavab verər.
Qəlbində Allaha eşq, insanlığa sevgi yoxdursa əgər, nə fayda hərgün aının səcdədə olsun, nə fayda hər ay mədən oruc olsun.
Sevgisiz ibadəti, ruhsuz bədən kimi düşünsək o zaman tam dərk edərikki, insanın fitrəti, insanın fikri, insanın zamanı eşqə köklənməlidir.
Eşq varsa, kin yox, küdürət yox, qeybət yox, paxıllıq yox, özünün olmayana meyillilik yox.
Qibtə var, həsəd yox. Həsəd ONDA OLMASIN, MƏNDƏ OLSUN. Qibtə ONDA OLAN MƏNDƏDƏ OLSUN.
Dünyanı, dünyanın ən mükəmməl yaradılmışı olan insanı düşdüyü bütün mənəvi bataqlıqdan, burulğandan, tufandan heç bir qüvvə, heç bir güc xilas edə bilməz. Yalnız və yalnız sevgi xilas edə bilər.
Bunu birmənalı olaraq dərk etməliyik. Birmənalı olaraq qəbul etməliyik.
Qəbul edərək sevgi ilə yaşamasaq maddi olaraq nə qədər varımız, mülkümüz olsada, mənəvi olaraq hər zaman özümüzü boşluqda hiss edəcəyik. Yanımızda intihar edənlərdən xəbərimiz olmayacaq.
Qonşuluqda ac yaşayanlardan xəbərimiz olmayacaq.
Maddi ya mənəvi çətinliyi olan evimizin içində yaşayanlardan xəbərimiz olmayacaq.
Yaşadığımız bapbalaca dünyada əzilən çarəsizlərdən xəbərimiz olmayacaq.
Gözümüz görə-görə kor olaraq yaşayıb gedəcəyik əsən meh kimi.


Müəllif: Hacı Rahid Hüseyn

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir