Cəmiyyət

Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır

Sharing is caring!

    Ulu Öndərin bu vəsiyyətini və bütövlükdə Azərbaycan xalqının istəklərini həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 18 mart tarixində Xankəndi şəhərində Zəfər meydanında alovlandırdığı bayram tonqalı hamının çoxdan gözlədiyi bir tarixi hadisə idi. Dövlət başçımızın Azərbaycanın tarixi bayramlarından olan Novruz bayramı münasibətilə Xankəndidən xalqa ünvanlanan təbriki azərbaycanlılar üçün böyük sevinc və xoşbəxtliyin təntənəsinə çevrildi.

   Cənab prezident: “Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir”.

    Cənab Prezident Xankəndidə xalqı təbrik edən zaman, bəzi məsələlərə aydınlıq gətirərkən 2020-ci ildə baş verənlərdən Ermənistan nəticə çıxartmadığını bildirmiş və ikinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmamışdır. Belə olmasaydı antiterror əməliyyatının keçirilməsinə də ehtiyac olmazdı. Biz hansı yolla olur olsun, torpaqlarımızı azad etməli idik ki,erməni işğalına tamamilə son qoyulsun. Beləliklə 2023-cü ildə Azərbaycan nəhayət işğala son qoydu.

     Ali Baş Komandan bayram təbrikində toxunduğu məsələlərdən biri də 26 fevral tarixində Xocalı şəhərində Xocalı Memorial Kompleksinin təməlinin qoyulması idi. “Xankəndidəki qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası həmin tarixdə sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı” deyə cənab İlham Əliyev vurğuladı. 

     Prezident nitqinin sonunda deyib: “Əziz həmvətənlər, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.

Gülüşova Ləman

Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir