manset

ARXA CƏBHƏDƏ VƏTƏNƏ XIDMƏT

Sharing is caring!

Tarixin ən ağır sınaqlarından üzüağ,şərəflə çıxmağı bacarmış bir məmləkətimiz var.O,məmləkət ki, ata-babalarımızdan nəsil-nəsil qorunaraq bu günlərə gəlib çıxmışdır.Vətən bizim namusumuz,şərəfimiz,azadlığımız,mənliyimizdir.Vətən dəyişmir,satılmır,köhnəlmir,qocalmır,o,əbədi və əzəlidir.Bizə əmanət olan bu vətəni qorumaq hər bir vətəndaşın borcudur.Vətəni qorumaq üçün onu sevmək lazımdır.Vətənpərvərlik dərin anlama malik kəlmədir.Vətənpərvərlik ən dərin,ən müqəddəs və ən ülvi hisslərdən,duyqulardan biridir.Hər bir adamın qiyməti onun vətənə,millətə xidməti ilə,əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür.Prezidentimiz Ilham Əliyev demişdir: “Mən istəyirəm ki,gənclərimiz vətənpərvər,peşəkar,bilikli,savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər”….30 ildir ki,mənfur Ermənistan milləti tərəfindən zorakılıqla torpaqlarımız onların işğalı altında idi,və biz o torpaqlara illərlə uzaqdan həsrətlə baxırdıq.Lakin o gün gəldi yetişdi Ali Baş Komandan Ilham Əliyevin güclü siyasəti,dəmir yumruğun açılmayan güclü ordusu,mərd qorxmaz igidləri birlik olub “44gündə”düşmana meydan oxuyaraq bizi həsrətdən qurtardı..Can verib,can aldılar,amma bir addım belə geri çəkilmədilər.Biz o igidlərin şücaəti ilə qürur duyur,qəhraman vətən oğullarının əziz xatirəsini yaşatmağı onların əmanətlərinə hörmətlə davranmağı özümüzə borc bilirik.Bu üç il müddətində arxa cəbhədə hər kəsi, bütün xalqı bir araya topladı igid oğullar.Xalq öz gücü catdığı qədər qəhraman oğulların əmanətlərini arxa cəbhədə baş üstündən tutmağı borc bildi özünə.Hər kəs öz peşəsi xidmət sahəsi ilə dəstək oldu..Üç ildir Salyan Park “Hacıoğlu Restoranlar Şəbəkəsi” qapılarını taybatay təmanasız dayanmadan şəhid ailələrinin,qazilərinin üzünə açdı.Onlara yüksək bir səviyyədə xidmətini göstərdi və göstərməyədə davam edir. Restoran rəhbərliyi və kollektivinin bu diqqətindən,qayğısında şəhid ailələridə hər zaman öz razılıqlarını bildirirlər,və restoranın xatirə kitabçasında da öz xoş sözlərini yazmağıda unutmurlar.Restoran Direktoru Anar müəllimin xoş davranışı onların üzündə təbəssüm yaratması buna nümunədir,qeyd ede bilərik ki,yol üstü məkanlar şəbəkəsində seçilən və sevilən direktorlardan biridir.O, artıq 3 ildir ki,şəhid analarının sevimli övladına çevrilib.Bu insanlara vətənə xidmətin vəzifədən üstün olduğunu göstərən ən gözəl nümunələrdən biridir.Səmimiyyəti ilə sevilən direktor özüdə söhbətində qəhraman analarla bir arada olmaqdan,onlarla zaman keçirməkdən qürur duyduğunu bildirib.Bizdə qəhraman analarımız adından öz adımızdan bu şərəfli yolda Anar müəllimə uğurlar arzu edirik…Vətən üçün can verən bütün qəhraman oğul və qızlarımızın ruhu qarşısında dərin ehtiramla baş əyirik….

Qarabağ Azərbaycandı!!!

Müəllif:Araşdırmaçı Yazar Zefertv.Az saytının Təsisçi Direktoru Dəniz Rüzgar

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir