Cəmiyyət

Bakıda keçirilən Peşələr Festivalından görüntülər – VİDEO

Sharing is caring!


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə təşkil edilən Peşələr Festivalı başa çatıb.

Belə ki, Bakı şəhərində festivalın yekun tədbiri keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də iştirak edib.

O, jurnalistlərə açıqlamasında bildirib ki, bu il regionlarda doqquz festival keçirilib:

“Bu doqquz festivalda 45 mindən artıq gəncimiz iştirak edib. Onlar 14 istiqamət üzrə ixtisaslara yiyələnməyə çalışırlar. İştirakçılar hər bir peşənin müsbət və mənfi cəhətlərini qiymətləndirir, öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün bir platforma əldə edirlər”.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir