manset

VƏTƏNINI, XALQINI, AILƏSINI SEVƏN ” IŞ XANIMI RUHIYYƏ ƏLIYEVA “Azərbaycanin yerini heç nə verə bilməz”

Sharing is caring!

Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Ailəsi və oğulları Həsən və Məhəmməd ilə birgə Türkiyəyə yay itirahətinə yola düşən xeyriyyəçi və iş xanımı Ruhiyyə Əliyeva bir çox tanınmış məşhurlarla – müğənni, aktyor Mahsun Kırmızıgül və “Möhtəşəm yüzyıl” filminin Aslısı Pelin Karahanla da görüşüb. Övladlari Həsən və Məhəmmədin ad günlərini də xüsusi təntənə ilə qeyd edərək sevimli balalarına ürək sözlərini öz instaqram səhifəsində paylaşım edib;
_Sizi o qədər çox arzulamışam ki… Süd qoxunuzu ciyərimə çəkmək, laylamla yatırmaq, boyunuzu oxşamaq üçün Allaha nə qədər dualar eləmişəm…
Lütf edən də sonda məni ikinizlə mükafatlandırdı. Ən ali, ən gözəl görəvi nəsib elədi. Məhəmmədlə Həsənə ana olmaq kimi uca məqama yüksəltdi.O gündən hər sabahı sizin gülüşünüzlə açıram. 11 ildir siz könlümün iki əfəndisi məni dünyanın ən xoşbəxt, ən məsud anasına çevirdiniz. Siz mənim ən böyük sevgim, sevincim, mərhəmətimsiniz! Gücüm, mücadiləm, yaşam səbəbimsiniz! Həyatda gözəl, doğru, işıqlı nə varsa, biz ona doğru birgə addımlayırıq. Yorulanda, çətinə düşəndə məsum, gözəl gözləriniz yolgöstərənim olur.
Bu gün Sizin gününüzdür.
Arzu edirəm, ömrümün, ömrünüzün hər günü SİZİN GÜNÜNÜZ olsun Sevincinizin, gülüşünüzün, məmnuniyyətinizin, uğurunuzun günü!
Doğum gününüz mübarək, Məhəmmədim və Həsənim!”

Ev işlərində hər zaman diqqət və qayğsı ilə seçilən əsl evdar Azərbaycanlı xanımı Bakıda olduğu kimi istirahətdə də ev bazarliğını və süfrə hazirlanmasını şəxsən özü edir. Onu da qeyd edim ki, övladlari yalnız analarinin bişirdiyi yeməkləri yeyirlər.

Xüsusi etika, estetika qaydalarına riayyət edən, zövqlü və füsunkar Ruhi xanım gördüyü işlər, xeyirxah əməlləri bütün Azərbaycan qadınlarının yorulmaz, mübarizə əzmi göstərən güc və qüdrətinin bariz nümunəsidir.

Lalə Qəzənfər

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir