Mədəniyyət

Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsi ucaldılacaq

Sharing is caring!

Azərbaycan operasının banisi və Azərbaycan himninin müəllifi Üzeyir Hacıbəyovun abidəsi bəstəkarın 20-ci əsrin əvvəllərində təhsil aldığı Sankt-Peterburq şəhərində ucaldılacaq.

Şəhər administrasiyasının mətbuat xidmətinin məlumatına görə, bunu Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Bakıda rəsmi səfərdə olarkən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə deyib.

“Hazırda biz Sankt-Peterburqda görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun abidəsinin qoyulması üzərində işləyirik. Abidənin təntənəli açılışı 2025-ci ilin sentyabrında onun anadan olmasının 140 illiyinə təsadüf edəcək. Bu vaxta qədər biz şəhərin Vıborq rayonundakı Hacıbəyov meydanında da abadlıq işləri aparacağıq”, – qubernator bildirib.

Qeyd edək ki, Ü.Hacıbəyov 1913-cü ildə Sankt-Peterburq Konservatoriyasında təhsil alır. Sankt-Peterburq dövrü bəstəkarın yaradıcılığında mühüm rol oynayıb. Məhz bu zaman o, “Arşın mal alan” musiqili komediyasını yazıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir