Secme Xeberler

Şəfəq Ağacan-Babam Ağabala müəllimlə bağlı uşaqlıq xatirələrimdən Son bölüm

Sharing is caring!

Bir neçə gündür Babam Ağabala müəllimlə bağlı uşaqlıq xatirələrimin bir ömür taleyimdə izi olan mənə öyrətdiyi başı bəlalı H.Cavidin “Qız məktəbində “(mən o vaxt o şeirin adını “Gülbahar”) qoymuşdum,B.Vahabzadənin “Gülüstan”poemasına görə mənə qoyulan qadağadan,bu qadağadan hiddətlənib müəllimdən babama yazdığım ilk şikayət məktubundan yazmışdım.

Bəzi dostlarım bu maraqlı xatirəmin sonunu istədilər. Yazım sizi yorsa halal edin. 

3 -cü hissə

1984 cü il aprel ayının son günləri

Məktubu göndərəndən sonra babamın yolunu dörd gözlü gözləyirdim.Tam əminliklə inanırdım ki,babam məktubumu alan kimi gələcək.

Artıq müəlliməmin mənim şeirimə qadağa etdiyi gündən 2 gün keçmışdi.Həmişəki qaydada yenə dərsə gəldim. Əslində müəlliməyə artıq nifrət edir,özümü sinif yoldaşlarımın içində alçaldılmış,yad biri kimi tək hiss edirdim. Dərslərimə isə həmişə kimi hazır gəlirdim.Çünki, dərslərimin hazırlanmasına atamın çox ciddi nəzarəti var idi.Nəzarət olmasaydı heç bir ev tapşırığını yerinə yetirməzdim.Onsuz iki gündür nə əlimi qaldırır,nə löhvəyə çıxmağa can atırdım.

Müəlliməm sinifə girib salamlaşandan sonra stolun üstündən bir yazılı vərəq götürüb mənə uzatdı və dedi ki, Şəfəq,bu şeiri təcili əzbərləməlisən .Sabah 28 aprellə bağlı şəhərimizin tədbiri var.Həmin tədbirdə bizim məktəbimizi sən təmsil edəcəksən.

Tədbirdə ilk çıxış sənindir. Evdə bu gün yaxşı -yaxşı əzbərlə , qiraətinə şübhəm yoxdur,qiraət səndə fitri istedadır . 2 bənd şeirdir,asan yadda qalandır….Müəllimə danışır,tapşırır…Mənim isə gözüm müəllimə baxır,amma dediklərinin heç birini eşitmirdim… 

Əyilib sakitcə vərəqə baxdım. Vərəqin yuxarı hissəsində qırmızı qələmlə 10 nömrəli məktəb ,1 A- Şəfəq yazılmışdı. Ardınca şeir başlayırdı. 

Vərəqi dərsdən evə gələndə yolda cırıb tulladım.Öz aləmimdə müəlliməmin əzbərləməyə verdiyi şeirin sözləri yazılan vərəqi cırmağımla ,mən də müəlliməmin öyrətmək istədiyi şeirə qadağa qoydum…

Ay qız niyə cavab vermirsən?Səni bəlkə kimsə öyrədib?

Məni dayanmadan gah danlayır,gah lənətləyirdi…

Mən isə susurdum. 

Nəhayət yoruldu.Sakitliyim onu yordu…

Heç cavab vermə, cəhənnəmə cavab ver. Xanım müəlliməni uzaqdan görən kimi lal dilin açılar.

Elə bunu deyib ,ardınca yenə nəsə demək istəyirdi ki, məktəbimizin direktoru Rəhmətlik Xanım müəllimə gəldi.

otağımda söyləyəcəksən.

Zala qayıtmaq istəyəndə ,qəfil nəsə xatırlayıb mənə sarı baxaraq bu dəfə adımla yox,soyadımla xitab elədi:

 Ağabalayeva, sabah otağıma gələndə gündəliyini də özünlə gətirərsən deyib ,yenidən zala qayıtdı .

Nəhayət ki,danışdığı dərsin gündəliyinə yazılmayan “5”-i Şəfəq gündəliyinə yazdırdı…

Tədbirin səhəri günü Xanım müəllimə məni otağına gətizdirdi, “Gülbahara” tam diqqətlə qulaq asıb,gündəliyimə böyük bir yağlı beş yazdı.

Direktorun otağından sevinə sevinə sinfimizə qaçdım. 

Xanım müəllimənin “Babamın öyrətdiyi şeirə görə yazdığı beşi bütün sinifə göstərəndən sonra özümü qalib hiss edirdim.”

-Bəli tamamilə,Düz deyir.

-Bəs onda niyə sən mənə qızıl aldın?

-Bu sənin yaxşı qiymətlərinə babadan hədiyyədir,indi taxmağa almadım,verərsən ana saxlayar ,ali məktəbə gedəndə taxarsan .

Babamın əlindən tutub gəzərkən,elə bilirdim hamı bizə baxır.Hamıda mənim babamın müəllim olduğunu bilir.

Xeyli baba nəvə söhbət etdikdən sonra,gəlib çatdıq mənim şikayət məktubuma)

 Məktubunu dünən aldım və çox bəyəndim.Hələki bu barədə bir sən ,bir mən birdə Allah bilir.İnşallah məktubunu qohum qardaşı bir yığıb təntənəli şəkildə oxuyacam.Hələ müəllim dostlarımıda çağıracam.Qoy görsünlər mənim necə nəvəm var.Hər kəs sənin bilik,fərasətinlə fəxr eləsin.Sən tək mənim nəvəm deyilsən axı.Qızılağac imperyasının şahzadəsisən !Şahzadənin məktubu xüsusi təqdimatla oxunmalıdır!

Bir anlıq həyəcan və şikayət dolu məktubu yazdığım , həmin gün çox gərgin ,pərt olmuş Şəfəqlə bu günki qalib ,xoşbəxtlik və sevincdən hər yana şəfəq saçan Şəfəqi beynimdə müqayisə edirdim.

sonuncu imiş.

Məktubumu oxuyub, özünü mənə çatdırmasından 25 gün sonra,1984 -cü ilin ,25 mayında babam son zəng tədbirində son dəfə çıxış edərək, şagirdlərlə sağollaşlb,məktəbdən evə gəlir,qəfil ürək tutmasından 64 yaşında dünyasını dəyişir.O gün fələk müəllim olan babamın son zəngini çaldı .

Final

Birinci sinifi babama söz verdiyim kimi əla qiymətlərlə başa vurdum. İkinci sinifdən isə kənddə babamın məktəbinə yox , yeni aldığımız evimizə yaxın olan 27 saylı məktəbdə oxumağa başladım.

1 il oxuduğum 10 nömrəli məktəbdən bircə məktəbin direktoru Xanım müəllimə əbədi yaddaşıma yazıldı. Qalan heç kimsəni yadda saxlamadım.

27 saylı məktəbdə ibtidai sinif müəlliməm Xalidə müəllimə mənim üçün bir nümunə oldu.2 ci sinifdən 11 ci sinifə qədər dərslərimi yaxşı oxudum,bütün məktəbin sevimli ,nümunəvi şagirdinə çevrildim.

Bircə yeni məktəbimdə babam kənd məktəbinin direktorudur,mənim də babam müəllim işləyir deyə bilmədim,sadəcə soruşanda babam müəllim olub deyirdim.Bu günə kimi fəxrlə Ağabala müəllimin nəvəsiyəm deyirəm.Bu günə kimi hər yerdə onun haqqında insanlığı,müəllimlimliyi,mərdliliyi,savadı,dünyagörüşü,əxlaqı və xüsusi natiqliyi haqqında eşidirəm.

Burda yəqinki tanıyanlar babamla bağlı yazdıqlarımla tam razılaşırlar.

Onun hər öyrətdiyi mənə uğur gətirdi.Ondan öyrəndiyim bütün yeni sözləri sevdim,təkcə “teleqram “sözünə nifrət elədim.

Müəllif: Şəfəq Ağacan

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir