Mədəniyyət

“Haber Global” mükafata layiq görüldü – FOTO

Sharing is caring!


Türkiyənin məşhur televiziyalarından olan “Haber Global” “Ankara Universiteti Mükafatları”na layiq görülüb.

Bu barədə Ankara Universiteti xəbər yayıb.

Bildirilir ki, təhsil ocağı tərəfindən ilk dəfə təşkil edilən tədbirdə elmin tərəqqisində gördükləri işlərə görə akademiklər təltif olunublar. Həmçinin universitetin rəsədxanasına ilk türkiyəli astronavt Alper Gezeravcının adının verildiyi elan edilib.

“Tədbirdə media nümayəndələri də mükafata layiq görülüblər. Onların arasında “Haber Global” da var”, – deyə məlumatda vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir