İdman

Azərbaycanlı futbolçu Türkiyə klubunda debüt edib

Sharing is caring!


Türkiyədə birinci liqanın 18-ci turunun bir sıra oyunları baş tutub.

Azerisport.com xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin bu aydan etibarən çıxış etdiyi “Boluspor” səfərdə “Adanaspor”la qarşılaşıb.

Görüş heç-heçə başa çatıb – 1:1.

İsgəndərli yeni klubunda rəsmi debüt edərək 81 dəqiqə meydanda olmaqla start heyətinə daxil edilib.

Qeyd edək ki, hazırda “Boluspor” 23 xalla 9-cu pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir