Dünya

BMT öz sülhməramlılarını Konqodan çıxarır

Sharing is caring!


BMT sülhməramlılarının Konqo Demokratik Respublikasından (KDR) çıxarılmasına başlanılıb və 2024-cü ilin sonuna qədər proses tamamlanacaq.

Bu barədə paytaxt Kinşasada keçirilən mətbuat konfransında Konqonun xarici işlər naziri Kristof Lutundula Apala bildirib.

Qitənin cənub hissəsində 16 ölkəni birləşdirən Cənubi Afrika İnkişaf Birliyi (CAİB) ilə razılaşmaya əsasən, BMT sülhməramlıları CAİB döyüş bölmələri ilə əvəz olunacaq. Məlumata görə, Cənubi Afrika və Tanzaniyadan olan qabaqcıl hərbi mütəxəssis qrupları artıq KDR-in şərqindədir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir