Siyasət

Vəfat edən deputata görə parlamentin komissiyası yenidən formalaşdırıldı

Sharing is caring!


Milli Məclisin İntizam komissiyası yenidən formalaşdırılıb.

“Report” xəbər verir ki, bununla bağlı “Parlamentin İntizam komissiyasının yaradılması haqqında” Milli Məclisin qərar layihəsi bugünkü plenar iclasda müzakirəyə çıxarılıb.

Komissiyanın tərkibinə yeni üzv əlavə edilib. Buna səbəb komissiyanın tərkibindəki deputatlardan biri Madər Musayevin vəfat etməsi ilə əlaqədardır. Dəyişikliklə həmin siyahıda deputat Kəmaləddin Qafarov yer alıb.

Xatırladaq ki, M.Musayev 2023-cü il iyulun 14-ü 76 yaşında vəfat edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir