Mədəniyyət

Supermodel nüfuzlu tədbir üçün azərbaycanlı dizaynerin brendini seçdi – FOTO/VİDEO

Sharing is caring!


Almaniyalı supermodel Haydi Klum “Qızıl Qlobus” mükafatlarının təqdimetmə mərasimində ən cəlbedici qonaqlardan biri olub. O, bu mərasim üçün parıltılı korsetli və şleyfli, önü yarıqlı qırmızı paltar seçib.

Oxu.Az-ın məlumatına görə, 50 yaşlı model bununla bağlı kadrları özünün sosial şəbəkə hesabında paylaşıb.

Klum vurğulayıb ki, geyim təsisçisi azərbaycanlı modelyer Günel Babayeva olan brenddəndir. 

Qeyd edək ki, Klum tədbirə əri, Almaniyanın tanınmış musiqiçisi Tom Kaulitslə qatılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir