Mədəniyyət

Rihanna gecəyə 117 min dollar dəyərində boyunbağı taxıb gəlib

Sharing is caring!


Barbadoslu müğənni Rihanna 117 min dollar dəyərində dəbdəbəli zinət əşyaları taxaraq ictimaiyyət qarşısına çıxıb.

Məlumata görə, 35 yaşlı müğənni Los-Ancelesdə idman markalarından birinin yeni kolleksiyasının təqdimatına həsr olunmuş gecəyə qatılıb. Tədbir üçün məşhur “Chanel” lüks brendindən xəzlə işlənmiş bənövşəyi dəri gödəkçə, həmçinin enli cins şalvar və krujevalı ağ köynək seçib.

O, həmçinin üç premium “Bulgari” boyunbağı ilə görünüşünü tamamlayıb. Qeyd olunur ki, mirvari, sapfir, turmalin və 18 karatlıq qızılla bəzədilmiş birinci zinət əşyasının qiyməti 55,8 min dollardır. Yarımqiymətli daşlardan ibarət ikinci zinət əşyasını 32,4 min dollar, üçüncü boyunbağının qiyməti 28,8 min dollar müəyyən edilib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir