Mədəniyyət

Tanzaniyada daşqın 50-ə yaxın insanın həyatına son qoyub – FOTO/VİDEO

Sharing is caring!


Tanzaniyanın şimalında leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində azı 47 nəfər ölüb, 85 nəfər yaralanıb.

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

“Ölənlərin sayı 47, yaralananların sayı isə 85 nəfərə çatıb” Tanzaniyanın Manyara vilayətinin komissarı Kvin Sendiq bildirib.

Qeyd edək ki, bundan əvvəl 20 nəfərin öldüyü, 70 nəfərin yaralandığı bildirilirdi. Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.

Şənbə günü Tanzaniyanın şimalına yağan leysan yağışlar çoxlu sürüşmələrə səbəb olub və bu ərazidəki evləri və infrastrukturu dağıdıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir