İdman

“Barselona” “Atletiko” səddini bir qolla keçdi – VİDEO

Sharing is caring!


İspaniya La Liqasında XV turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, turun mərkəzi oyununda “Barselona” “Atletiko”ya qalib gəlib.

“Barselona” – “Atletiko” 1:0
Qollar: J.Feliks, 28

Bu matçdan sonra “Barselona” 34 xalla La Liqada 3-cü pilləyə yüksəlib. “Atletiko” 31 xalla 4-cü yerə düşüb. Turnir cədvəlinə 38 xalla “Real Madrid” başçılıq edir.

Qeyd edək ki, növbəti turda “Barselona” “Girona”nı qəbul edəcək. “Real Madrid” isə “Betis” səfərinə yollanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir