Cəmiyyət manset

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Müqəddəs Qurban Bayramı münasibətilə xalqımızı təbrik edib

Sharing is caring!

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Müqəddəs Qurban Bayramı münasibətilə xalqımızı təbrik edib.Bu barədə o, Facebook səhifəsində paylaşıb.

Xəbərlər.az mətni sizlərə təqdim edir:

Əziz bacı və qardaşlarım!
Müsəlman aləmində ən müqəddəs bayramlardan bir olan Qurban bayramı münasibətilə Azərbaycan Xalqını və bütün dünya müsəlmanlarını təbrik edirəm.
Bu günlər ölkəmizin hər yerində Uca Tanrının adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, xalqımızın firavanlığı üçün dualar edilir.
Uca Tanrımız xalqımıza dövlətçiliyimiz və milli-mənəvi dəyərlərimiz ətrafında daha sıx həmrəylik qismət etsin. Amin!
Bayramınız mübarək!

Hörmətlə,
Fəzail Ağamalı,
Ana Vətən Partiyasının sədri,
Millət vəkili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir