Cəmiyyət

Avtovağzalda SIXLIQ YAŞANDI – VİDEO

Sharing is caring!


Beş günlük bayram tətilini fürsət bilənlər rayonlara üz tuturlar.

Xezerxeber.az-ın məlumatına görə, bayramın ilk günü Bakı Beynəlxalq Avtovağzal Kompleksində sıxlıq yaranıb.

Bölgələrə sərnişin axınının artacağını proqnozlaşdıran avtovağzal rəhbərliyi gücləndirilmiş iş rejiminə keçsə də, istər avtobusların, istərsə də kassaların qarşısında sıxlıq olub.

Səbəb əksər insanların məhz bölgələrə gedəcəkləri gün bilet almaq istəmələridir.

Sıxlıq ən çox şimal bölgəsi üzrə bilet satılan kassaların qarşısında yaranıb.

Əvvəlcədən həm kassadan, həm də onlayn bilet alan sərnişinlər heç bir problemlə üzləşməyiblər. Bütün avtobuslar biletdə qeyd edilən vaxtda bölgələrə yola düşüb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Zəfər Günü və Dövlət Bayrağı bayramları ilə əlaqədar ayın 7-12-dək gücləndirilmiş iş rejimində işləyəcək. Qurumun mətbuat katibi Sabir Bilalov deyir ki, sıxlıq nəzərə alınaraq xətlərə əlavə avtobuslar buraxılıb.

Təkcə ötən gün 340 reyslə 11 minə yaxın sərnişin daşınıb ki, bu da adi günlərdən iki dəfə çoxdur.

Qeyd edək ki, sərnişinlərin rahat və təhlükəsiz  gedişi üçün reysə çıxan avtobus sürücülərinə və daşıyıcı şirkətlərə də tapşırıq verilib ki, yollarda diqqətli olsunlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir