Mədəniyyət

“Divani Lüğət-it-Türk”ün 950 illik yubileyi UNESCO çərçivəsində qeyd olunacaq – FOTO

Sharing is caring!


“Divani Lüğət-it-Türk”ün 950 illik yubileyi UNESCO çərçivəsində qeyd olunacaq.

Bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının “X” hesabında məlumat paylaşılıb.

Bildirilib ki, UNESCO çərçivəsində 2024-25-ci illərdə türk ləhcələrinin məcmuəsi olan Mahmud Kaşğarinin “Divani Lüğət-it-Türk” əsərinin 950 illik yubileyi də qeyd olunacaq.

Qeyd edək ki, bundan əvvəl görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illiyi 2024-25-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir