İqtisadiyyat

Yeni açılan iş yerlərinin 80 faizdən çoxu Bakının payına düşüb

Sharing is caring!


2023-cü ilin doqquz ayı ərzində ölkədə 60,9 min yeni iş yerləri açılıb. Bu dövrdə iş yerlərinin 92,6 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni açılan iş yerlərinin 80,4 faizi Bakı şəhərinin payına düşüb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, yeni açılan iş yerlərinin 1,2 faizi Naxçıvan Muxtar Respublikasının, 18,4 faizi digər regionların, o cümlədən 3,6 faizi Abşeron-Xızı, 2,7 faizi Quba-Xaçmaz, 1,9 faizi Gəncə-Daşkəsən, 1,8 faizi Şəki-Zaqatala, 1,5 faizi Qazax-Tovuz, 1,4 faizi Mərkəzi Aran, 1,4 faizi Şirvan-Salyan, 1,2 faizi Qarabağ, 0,9 faizi Lənkəran-Astara, 0,9 faizi Şərqi Zəngəzur, 0,6 faizi Dağlıq Şirvan, 0,5 faizi isə Mil-Muğan iqtisadi rayonlarının payına düşüb.

Yeni açılan iş yerlərinin 9,1 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 90,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda, 0,4 faizi isə digər müəssisələr üzrə yaradılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir