Mədəniyyət

Azərbaycanda 27 min nəfərin iştirakı ilə festival keçirilib

Sharing is caring!


“Uşaq İncəsənət Festivalında 27 min nəfər iştirak edib”.

“Report” xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilən Uşaq İncəsənət Festivalının yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, festival 21 nominasiya üzrə keçirilib, mədəniyyətin bütün sahələrini əhatə edib:

“Birinci mərhələdə işğaldan azad olunan Zəngilanın Ağalı kəndində belə bir festival keçirilib. İkinci mərhələdə festival regionlarda keçirilib. Müxtəlif bölgələrdə gənclərin fəaliyyəti üçün şərait yaradılıb. Laçın Şəhəri Günündə yay düşərgəsi təşkil olunub, orada uşaqlara master-klaslar, fərdi sərgilər keçirilib”.

Şöbə müdiri bildirib ki, festivala 27 min iştirakçı cəlb olunub:

“Biz bununla lazımı dataları, potensial gənclərin məlumatlarını topladıq. Tezliklə bu data ictimaiyyətə açıqlanacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir