Dünya

Tacikistanda səkkiz saat ərzində iki dəfə zəlzələ oldu

Sharing is caring!


Tacikistanda səkkiz saat ərzində iki dəfə zəlzələ baş verib.

Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Proqnozlaşdırma Monitorinqi Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, birinci zəlzələ yerli vaxtla 00:54-də (Bakı vaxtı ilə 23:54-də – red.) paytaxt Düşənbədən 215 km aralıda, Dağlıq Bədəxşan Muxtar Vilayətində dörd bal gücündə qeydə alınıb.

İkinci zəlzələ yerli vaxtla saat 08:34-də (Bakı vaxtı ilə 07:34-də – red.) 4,5 bal gücündə baş verib, episentri Düşənbədən 20 km aralıda, ocağı 15 km dərinlikdə olub.

Mənbə: Sputnik Tacikistan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir