Cəmiyyət

Türkiyə səhiyyə nazirinin müavini FHN-in Kahramanmaraşdakı mobil səhra hospitalında olub – FOTO

Sharing is caring!

Türkiyə səhiyyə nazirinin müavini Tolqa Tolunay Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən mobil səhra hospitalına gəlib.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, nazir müavini hospitalda yaradılmış şəraitlə tanış olub.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Tolqa Tolunaya yaradılmış şəraitlə bağlı məlumat verib.

Hazırda onlar hospitalda müayinə olunan xəsarət almış şəxslərin son durumu ilə maraqlanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir