Kriminal

İsmayıllıda həmkəndlisinin evindən qızıl və pul oğurlayan şəxs tutulub

Sharing is caring!

İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən fərdi yaşayış evindən oğurluq edilib. Gecə saatlarında evə daxil olan naməlum şəxs oradan 1500 manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinə məlumat daxil olduğu andan cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Keçirilmiş təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Kamran Qarayev tutularaq istintaqa təqdim edilib. Onun oğurladığı qızılların hamısı yaşadığı ünvanda gizlətdiyi yerdən maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, K.Qarayevin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir