Dünya

Kuleba: “Moldovaya qarşı təhdidlər Rusiyanın zəifliyinin sübutudur”

Sharing is caring!

“Ukrayna Moskvadan gələn mütəmadi təhdidlər fonunda dost Moldova xalqını və hökumətini dəstəkləyir”.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın hakim elitasının nümayəndələrinin Moldovanın suverenliyinə təhdidlərinə reaksiya verib.

Bu barədə Xarici İşlər Nazirliyinin rəhbəri “Twitter” səhifəsində açıqlama verib.

“Biz Moskvadan gələn növbəti təhdidlər fonunda dost Moldovanın xalqını və hökumətini dəstəkləyirik. Təcavüz, məcburiyyət və hörmətsizliyə əsaslanmaqla onilliklər boyu davam edən uğursuz siyasətdən sonra Rusiya üçün yalnız başqa dövlətlərə təhdidlər qalır. Bu da Rusiyanın zəifliyinə sübutdur”, – deyə Kuleba qeyd edib.

Xatırladaq ki, iyunun 23-də Avropa Şurası Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusu verib.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir