Dünya

“Flyone Armenia” Türkiyənin imtinasına görə Beyruta uçuşları dayandırdı

Sharing is caring!

Ermənistanın “Flyone Armenia” aviaşirkəti Türkiyənin öz hava məkanını uçuşlar üçün açmaqdan imtina etməsi səbəbindən iyulun 21-dək Beyruta uçuşları təxirə salıb.

Bu barədə şirkətdən bildirilib.

“Türkiyə aviasiya orqanları “Flyone Armenia”ya Türkiyə hava məkanı üzərindən Livana uçuşlar həyata keçirmək imkanı verməyib. Mövcud vəziyyətlə əlaqədar aviaşirkət iyulun 21-dək İrəvan-Beyrut-İrəvan marşrutu üzrə uçuşları təxirə salmağa məcburdur”, – deyə məlumatda bildirilir.

Şirkət qeyd edib ki, İrəvan-İstanbul-İrəvan, İrəvan-Paris-İrəvan və İrəvan-Lion-İrəvan reysləri qrafikə uyğun həyata keçirilir.

Şirkət Beyruta uçuşların bərpası ilə bağlı əlavə məlumat verəcəyini vəd edib. Sərnişinlərə uçuşların vaxtını dəyişdirmələri və ya biletin qiymətini geri almaları təklif olunur.

Mənbə: Sputnik Armeniya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir