Mədəniyyət

“Haber Global” üç kateqoriyada mükafata layiq görüldü – FOTO

Sharing is caring!


Türkiyənin “Haber Global” kanalı “Bursa Cümhuriyyətin 100-cü ilinə qədəm qoyur” mərasimində üç kateqoriyada mükafata layiq görülüb.

Məlumata görə, “Haber Global”in baş redaktoru Taha Dağlı və müxbir Mehmet Altunışık zəlzələ zamanı yayımlarına görə mükafatlandırılıblar.

Bundan başqa, gecə saatlarında yayımlanan və Türkiyənin siyasətdən idmana, elmdən sənətə qədər ən çox müzakirə edilən mövzuların yer aldığı “Buket Aydınla üz-üzə” verilişi də mükafata layiq görülüb.

Tədbir Türkiyə Xəbər Kameramanları Dərnəyi və Dəmirtaş Mütəşəkkil Sənaye İş Adamları Dərnəyinin liderliyi, həmçinin Bursa Böyükşəhər Bələdiyyəsinin töhfələri ilə təşkil edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir