Cəmiyyət

Avtomobilin rənginə görə sürücülərə niyə problem yaradılır? – HÜQUQİ İZAH + VİDEO

Sharing is caring!


Sosial şəbəkələrdə avtomobillərin rəngi ilə bağlı problem yaşandığına dair məlumatlar paylaşılıb.

Qeyd edilir ki, bəzi avtomobillərin ikirəngli olması sürücülər üçün problemlərlə nəticələnir. Hətta istehsalçı müəssisənin özü tərəfindən rənglənmiş olmasına baxmayaraq, sürücülər çətinliklə qarşılaşırlar:

Bununla bağlı Oxu.Az-ın sorğusuna Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) cavab verilib. Bildirilib ki, zavod istehsalı olan avtomobillərdə bununla bağlı hər hansı məhdudiyyət yoxdur.

BDYPİ-nin məlumatında o da qeyd edilib ki, istehsalçı müəssisə tərəfindən nəzərdə tutulmayan müxtəlif rəng çalarlarının tətbiqi istisna olmaqla, bütövlükdə avtomobilin rənginin dəyişdirilməsi mövcud standartların tələblərinə uyğun olaraq, boyavurma üsulu ilə texniki xidmət stansiyası və ya müvafiq təmir bazası olan avtomobil müəssisələrində həyata keçirilə bilər.

Qanunvericiliyə əsasən, rəngin dəyişdirilməsi nəqliyyat vasitəsinin qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən hal olduğundan fiziki və hüquqi şəxslər bu hal yarandığı vaxtdan on gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməsini və daimi uçota alınmasını təmin etməlidirlər.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir