Mədəniyyət

Hollivud ulduzu ad gününə 11 gün qalmış vəfat etdi – FOTO

Sharing is caring!


Məşhur aktyor Tayler Kristofer ad gününə 11 gün qalmış vəfat edib. Hollivud ulduzunun 50 yaşı var idi.

Kristoferin ətrafındakılar faciənin səbəbini dilə gətiriblər. Məlum olub ki, ulduzun səhhətində problemlər var imiş.

“Tayler Kristoferin vəfatı xəbərini böyük kədərlə bölüşürəm. Tayler bu səhər San-Dieqodakı mənzilində infarkt keçirərək dünyasını dəyişib. Tayler həqiqətən istedadlı insan idi. Onu tanıyanların hamısı üçün gözəl dost idi. Tayler psixi sağlamlığın yaxşılaşdırılması və maddə asılılığının müalicəsinin müdafiəçisi idi. O, bipolyar pozğunluğu və alkoqolla mübarizəsi barədə açıq danışırdı. Biz əziz dostumuzun itkisindən hədsiz dərəcədə məyus olmuşuq”, – deyə Taylerin dostu, teleaparıcı Moris Bernard şəxsi bloqunda paylaşım edib.

Qeyd edək ki, Tayler Kristofer “General Hospital”da Nikolas Kassadin rolu ilə daha çox tanınıb. Bu rol ona üç “Emmy” mükafatı qazandırıb. Bundan başqa o, “Charmed”, “Angel”, “JAG” və “CSI: Crime Scene Investigation” da daxil olmaqla bir sıra seriallarda çəkilib.

Ulduz 2000-ci illərdə həmkarı Yeva Lonqoriya ilə evli olub. Bu evlilik təxminən iki il davam edib. Məlumata görə, evlilik ən kiçik səbəbə görə qısqanclıq isterikası keçirən aktrisaya görə dağılıb.

Mənbə: Star Hit

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir