Cəmiyyət

“İmmun sistemini gücləndirən dərman yoxdur, özünüzü aldatmayın” – Həkim SİRRİ AÇDI

Sharing is caring!


“İmmuniteti gücləndirən dərman yoxdur. Heç kim özünü aldatmasın. Onu kəşf edən olsaydı, ən azı Nobel mükafatı alardı”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov qurumun rəsmi “Instagram” səhifəsindəki növbəti canlı yayımda uşaqların mövsümi virusdan qorunması haqqında danışarkən deyib.

Həkim deyir ki, bütün dövlətlər belə bir kəşfin marağında olardılar:

“İmmun sistemini gücləndirən dərman preparatlarının effektini təsdiqləyən insan varsa, onun immun sistemindən anlayışı yoxdur. Bir insanın xəstələnməsinin qarşısını almaq üçün lazım olan pul xəstələndikdən sonra müalicəsinə xərclənən vəsaitdən çox-çox azdır.

Əgər xəstəliklərdən qoruyan, immun sistemini gücləndirən preparat olsaydı, hər birimiz doğulanda o dərmandan bir qutu verərdilər ki, iç və xəstələnmə. Belə bir şey yoxdur.

İnsan orqanizmində bir çox problemlər yarana bilir. Bəzi xəstəliklərdə orqanizm onlara qarşı elə reaksiya verir ki, bu reaksiya çox ağır xəstəliklərə gətirib çıxarır. Bu gün dünya elmi bu xəstəliklərlə mübarizə üçün baş sındırır, amma çarə tapa bilmir”.

Həkimin sözlərinə görə, virus infeksiyası zamanı hərarət olsa da, üç gün antibiotik qəbuluna yol vermək olmaz:

“Qızdırma güclüdürsə, onu salmaq üçün türkəçarələr edin. Dördüncü gün hərarət 38 dərəcədən yuxarı qalxarsa, analiz verilməlidir ki, görək bakterial, yoxsa virus infeksiyasıdır. Bakterial infeksiyadırsa, antibiotik müalicə yazılacaq, virusdursa – yox. Viruslar canlı oqranizm deyil”.

“Uşaq öskürən zaman hormonal tərkibli dərmanlar təyin edilir. Bu dərmanların hər birinin təsir nahiyələri var. Bəzi həkimlərin yuxarı tənəffüs yollarında yaranan iltihaba bronxlar üçün nəzərdə tutulan dərmanı niyə yazdıqları mənə maraqlıdır. Bəzən həkim resepti olmadan vətəndaşlar özləri də lazım oldu-olmadı antibiotik qəbul edirlər. C vitamini xəstəliyə yoluxmanın qarşısını almır. Uşaqlara lazım oldu-olmadı C vitamini vermək olmaz. Onun özünün də toksikliyi ola bilər. Virus infeksiyaları zamanı vitaminlərin gərəksiz qəbulu virusların ömrünü bir növ uzadır”, – deyə həkim-pediatr qeyd edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir