Cəmiyyət

Həkim: “Uşaq bu gün xəstələnibsə, demək, o, təxminən yeddi gün öncə yoluxub”

Sharing is caring!


“Viruslar ən çox qapalı, insanların çox olduğu mühitlərdə yayılır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov qurumun rəsmi “Instagram” səhifəsindəki növbəti canlı yayımda uşaqların mövsümi virusdan qorunması haqqında danışarkən deyib.

O bildirib ki, havaların soyuması və tədrisin başlaması ilə ictimai yerlərdə, qapalı mühitlərdə yoluxma halları artır:

“Virusun ilkin əlamətləri tez-tez burun tutulması, burun axması, boğazın qıcıqlanması, ağrımasıdır. Bu, orqanizmin müdafiə funksiyasıdır. Orqanizm selikli qişanı təmizləmək üçün öskürmə, qıcıqlanma ilə reaksiya verir. Bütün viruslar qızdırma vermir. Uşaq bu gün asqırdı, öskürdüsə, o demək deyil ki, uşaq bu gün haradasa xəstə şəxslə kontaktda olub. Xəstəliyin inkubasiya müddəti var ki, bu da dörd-yeddi gün aralığında baş verir.

Rinovirusa yoluxan şəxslərdə temperaturun yüksəlməsi olmur. Lakin qripə yoluxma zamanı bütün orqanizm reaksiya ilə cavab verir. Bu baxımdan qrip rinovirusdan daha ağırdır”.

Həkim virusa yoluxmadan qorunmaq üçün gigiyena qaydalarına əməl etməyin əhəmiyyətini vurğulayıb:

“Virusa yoluxmadan qorunmaq üçün əsas şərt gigiyenadırsa, digər şərt də otaqların havalandırılmasıdır. Bəzən qapı-pəncərəni bərk-bərk bağlayırlar ki, soyuq olmasın. Lakin bu, yolverilməzdir. Havanı nəmli saxlamaq lazımdır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir