Mədəniyyət

Bryus Uillis demensiyadan əziyyət çəkir – FOTO

Sharing is caring!


Məşhur aktyor, prodüser və musiqiçi Bryus Uillisin həyat yoldaşı aktyorun demensiyadan (FTD) əziyyət çəkdiyini, idrak qabiliyyətini getdikcə itirdiyini bildirib.

Onun sözlərinə görə, Uillisin vəziyyəti günü-gündən ağırlaşır.

Xanım Uillis aktyorun xəstəliyi səbəbindən reallıqdan uzaqlaşa biləcəyini düşünür.

Yeri gəlmişkən, Britaniya Milli Səhiyyə Xidməti FTD-ni demensiyanın qeyri-adi forması hesab edir. Məlumata görə, xəstəlik davranışda, nitqdə dəyişikliklərə səbəb olur, xəstələrdə hərəkətdə yavaşlıq və ya sərtlik, daha sonra sidik və defekasiya üzərində nəzarətin itirilməsi, əzələ zəifliyi inkişaf edir.

Mənbə: Lenta dnya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir