Mədəniyyət

Karyerasını bitirdiyini deyən Cem Yılmazdan təqaüdü barədə açıqlama – FOTO

Sharing is caring!


Türkiyəli aktyor, ssenarist və rejissor Cem Yılmaz sosial media hesabındakı paylaşımı ilə yenidən gündəm olub.

Belə ki, 1996-cı ildən çəkiliş meydançasında olduğunu deyən aktyor aldığı təqaüdün miqdarını açıqlayıb:

“27 il… Maaş 12 800 TL. Allah bərəkət versin”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl o, karyerasını bitirdiyini, 1988-ci ildə başladığı iş həyatının sonuna gəldiyini açıqlayıb.

“Təşəkkürlər həyat”, – deyən komediya ustası “Çox, çox xoşbəxtəm… Ciddi görüşmək istəyən təqaüdçülərlə görüşəcəyəm”, – deyə zarafat etməyi də unutmayıb.

Qeyd edək ki, o, hazırda ssenaristi və rejissoru olduğu “Erşan Kuneri” serialının çəkilişləri ilə məşğuldur.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir