Cəmiyyət

Naxçıvan Şəhər İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub

Sharing is caring!


Naxçıvan Şəhər İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub.

Oxu.Az xəbər verir ki, qurumun Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qasım Məmmədov və hüquq şöbəsinin müdiri Emin İmanov işdən çıxarılıblar.

Eyni zamanda Naxçıvan şəhər icra başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səftər Abdullayev və Əliabad qəsəbə sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elnur Əliyev vəzifədən azad olunublar.

Digər əmrlə onların yerlərinə müvafiq olaraq Suliddin Kərimov və Vüqar Hüseynov təyin ediliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir