Dünya

2023-cü ildə ən çox baxılan və gəlir gətirən filmlər – SİYAHI + FOTO

Sharing is caring!


Ötən 2023-cü il bir çox hadisələri ilə, həmçinin kino industriyasında ekranlara çıxan yeni filmləri ilə yadda qaldı. Filmlər yaş və zövq kateqoriyalarına görə müxtəlif olsalar da, onlardan ən çox baxılanları və ən çox gəlir gətirənləri diqqətimizi daha çox çəkdi.

“Barbie” filmi 2023-cü ilin ən çox gəlir gətirən filmidir. Qreta Qerviq tərəfindən Noa Baumbaxla birlikdə yazdığı ssenari əsasında 2023-cü ildə çəkilmiş ABŞ fentezi-komediya filmidir. Bu film “Barbie” kuklası əsasında çəkilmiş ilk filmdir. Marqot Robbi və Rayan Qoslinq, ekzistensial sualları həll etmək üçün “Barbieland”dən real dünyaya səyahətə çıxan “Barbie” və “Ken” rolunu canlandırıblar. Filmdə həmçinin Amerika Ferrera, Keyt MakKinnon, İssa Rey, Rea Perlman və Uill Ferrell də çəkiliblər.

“Barbie”nin premyerası 9 iyul 2023-cü ildə Los-Ancelesdəki “Shrine Auditorium”da baş tutdu. Qeyd edək ki, filmin büdcəsi 145.000.000 dollar, kassa gəliri isə 1.441.000.000 dolardır.

ABŞ və Böyük Britaniyanın birgə istehsalı, rejissoru Kristofer Nolan olan “Oppenheimer” filmi bioqrafik dram filmidir. Film ilk nüvə silahlarının hazırlanmasında əsas rol oynayan nəzəri fizik C.Robert Oppenheymerin həyatından bəhs edir.  Baş rollarda Killian Mörfi, Florens Pyu, Mett Deymon, Emili Blant, Qary Oldman çəkiliblər. Qeyd edək ki, filmin büdcəsi 100.000.000 dollar, kassa gəliri isə 948.800.000 dollar təşkil edib.

“Disney” və “Marvel”in “Qalaktika mühafizəçiləri” filminin 3-cü hissəsi də bu il ən çox izlənilən və sevilən filmlərindən biri olub. Qeyd edək ki, yeni “Qalaktika mühafizəçiləri” trilogiyanın yekunu və “Marvel” Sinematik Kainatındakı 32-ci bədii filmdir. Ssenari müəllifi və rejissoru Ceyms Hann olan filmdə Kris Pratt, Zoi Saldana, Deyv Batista, Vin Dizel, Bredli və Silvestr Stallone kimi məşhurlar çəkiliblər. Filmin büdcəsi 250 000 000 dollar, kassa gəliri isə 845 555 777 dollar olub.

ABŞ istehsalı, triller janrında olan “Con Uik 4” filmi rejissor Çad Stahelski Şey Hattenin ssenarisi əsasında “Con Uik 3” filminin davamı kimi çəkilib. Filmdə Kianu Rivs, Donni Yen, Bill Skarsqard, Klensi Braun və digərləri çəkiliblər.

Qeyd edək ki, filmin büdcəsi 100.000.000 milyon dollar, kassa gəliri 440.146.694 dollardır.

“Hörümçək-adam: Kainatların toru” 2023-cü il ABŞ istehsalı kompüter animasiyası, superqəhrəman filmidir. O da ən çox baxılanlar siyahısındadır. “Marvel Comics” qəhrəmanı Mayls Moralesin yer aldığı film “Columbia Pictures” və “Sony Pictures Animation” ilə “Marvel Entertainment”in birgə istehsalıdır. “Hörümçək-adam: Hörümçək-kainatına doğru” animasiya filminin davamıdır. Filmin rejissoru Joaquim Dos Santos, Kemp Povers və Justin K. Tompson, ssenari müəllifləri Fil Lord, Kristofer Miller və David Kallahamdır.

100.000.000 dollarlıq büdcə ilə çəkilmiş film, dünya miqyasında 389.000.000 dollardan çox gəlir əldə edib. Filmin davamı “Spider-Man: Beyond the Spider-Verse” 29 mart 2024-cü ildə buraxılması planlaşdırılır, bununla yanaşı hazırda “Hörümçək-qadın” filmi üzərində işlər davam etməkdədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir