Mədəniyyət

Mədəniyyət Nazirliyində YENİ TƏYİNATLAR – YENİLƏNİB

Sharing is caring!


Mədəniyyət Nazirliyinin bəzi yeni regional idarələrinə təyin olunan rəislərin adları məlum olub.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Şahin Yusif oğlu Şahbazov Şirvan-Salyan, Nurəddin Səftər oğlu Mehdiyev Qazax-Tovuz, Bəxtiyar Vaqif oğlu Qılıncov isə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinə rəis təyin olunublar.

17:30

Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu təsdiq olunub, təyinatlar var.

Bu barədə “Report”un sorğusuna cavab olaraq, nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Prezident İlham Əliyevin 23 fevral 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri yenidən təşkil edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq, nazirliyin Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı və Lənkəran regional mədəniyyət idarələri əsasında Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional mədəniyyət idarələri yaradılıb.

Dövlət başçısının sözügedən Sərəncamına müvafiq olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yeni regional mədəniyyət idarələrinin strukturu və əsasnamələri təsdiq edilib.

Məlumata görə, Fərid Vidadi oğlu Qurbanzadə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi, Rəşad Rahib oğlu Əliyev – Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir