Mədəniyyət

Teylor Svift konsertin ortasında mühafizəçiyə acıqlandı: “Ey, dayan…” – FOTO/VİDEO

Sharing is caring!


Məşhur müğənni Teylor Svift Filadelfiyada konserti zamanı mahnısının ortasında mühafizəçiyə acıqlanıb.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Bildirilir ki, o, bunu təhlükəsizlik nümayəndəsinin pərəstişkara qarşı aqressiv davranışına görə edib.

“Ey, dayan! O, heç nə etmədi!”, – deyə Svift mahnının düz ortasında acıqlanıb. Bundan sonra o, digər tamaşaçılarına qızın yaxşı olduğunu xəbər verib.

Sviftin sosial şəbəkədəki çıxışından sonra daha bir neçə fanat eyni mühafizəçinin aqressiv davranışı ilə qarşılaşdığını etiraf edib. Onların sözlərinə görə, həmin şəxs ifaçının konsertindən həzz almalarına mane olub. Bəzi fanatlar isə mühafizəçinin onları itələdiyini iddia ediblər.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir