Mədəniyyət

Rəsul Rzanın ev-muzeyinin təmir və bərpası təxirə salınıb

Sharing is caring!


Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın ev-muzeyinin təmir və bərpası təxirə salınıb.

“Report”un məlumatına görə, buna səbəb mədəniyyət nazirinin dəyişməsi olub.

R.Rzanın oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev bildirib ki, evdə təmir bərpa işlərinə hələ də başlanılmayıb:

“Heç vəsait də ayrılmayıb. Mədəniyyət naziri də dəyişdi. Sabiq nazir Anar Kərimov bir şey etmədi. Gərək yeni nazir Adil Kərimli ilə danışım”.

Qeyd edək ki, 2022-ci il iyunun 23-də Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Sabiq mədəniyyət naziri Anar Kərimov ötən ilin sentyabr ayında Rəsul Rzanın ev-muzeyini ziyarət etmişdi. Ziyarət çərçivəsində ev-muzeyində həyata keçiriləcək təmir və bədii-tərtibat işləri barədə Xalq şairinin ailə üzvləri ilə müzakirələr və fikir mübadiləsi aparılmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir